SOCAR yeni quyunu istismara verib

"Neft Daşları" yatağındakı 1954A nömrəli estakadayanı meydançadan 2682 nömrəli quyu qazmadan sonra istismara verilib. SOCAR-ın mətbuat xidmətindən SİA-ya bildirilib ki, Kompleks Qazma İşləri Tresti tərəfindən qirməki altı lay dəstəsinə qazılan quyu fontan üsulu ilə məhsul verib, 1205-1187 metr intervaldan sutkalıq 21 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyu "Azneft" İstehsalat Birliyinin "Neft Daşları" neft və qazçıxarma idarəsinin (NQÇİ) sifarişi ilə qazılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə