BTC kəməri ilə 2,5 mln. ton Azərbaycan nefti nəql olunub

BTC kəməri ilə 2,5 mln. ton Azərbaycan nefti nəql olunub

İyul ayında BTC kəməri ilə 2,5 milyon ton Azərbaycan nefti nəql olunub. SİA- nın SOCAR-ın saytına istinadən verdiyi xəbərə görə, 2016-cı ilin iyul ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2,5 milyon ton Azərbaycan nefti nəql olunub.

Cari ilin yanvar-iyul aylarında bu kəmərlə 17,7 milyon ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2016-cı il avqust ayının 1-ə qədər BTC-yə 369,9 milyon ton neft vurulub.

Bundan başqa, 2016-cı ilin iyul ayında BTC kəməri ilə 430 min 110 ton Türkmənistan nefti nəql olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə