Anlaşma Memorandumu imzalanıb

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Çin Xalq Respublikasının Beynəlxalq Ticarətin Təşviqi Şurası (CCPİT) arasında iqtisadi-ticarət və investisiya əlaqələrinin inkişaf etdirilməsinə, ixracın və xarici sərmayələrin təşviqi sahəsində təcrübə mübadiləsinə dair Anlaşma Memorandumu imzalanıb.

AZPROMO-dan SİA-ya bildiriblər ki, imzalanma AZPROMO ilə CCPİT nümayəndələri arasında keçirilən görüş çərçivəsində baş tutub.

Görüşdə iki ölkənin iş adamları arasında ticarət, investisiya, iqtisadi və texniki sahədə əməkdaşlığın genişləndirilməsi məsələləri də müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə