"ABŞ-da yay mövsümu bitməyə yaxınlaşdığı üçün və benzin istehlakı azaldığı üçün yanacağa təlabat da azalmaqdadır. Bu isə yanacaq ehtiyyatlarının artmasını şərtləndirərək qiymətlərə əlavə təzyiq göstərəcək faktor olacaq". Bunu SİA-ya fəlsəfə doktoru, ekspert Emin Əliyev deyib.
Onun sözlərinə görə, maliyyə investorları da bazarlardan vəsaitlərini çıxarmaqa davam edirlər: "Son 1 həftə ərzində neft əmtəəsi ticarəti üzrə satış mövqelərinin həcmi kontrakt sayı olaraq 18400 ədəd azalaraq 136000-dək enmişdir. Eyni mənzərə həm Brent həm də ki WTI markalı neft üzrə müşahidə olunur. "Uzun" - "alış" mövqelərinin azalması tendensiyası böyük ehtimal ilə davam edərək bu həftə ərzində də müşahidə olunacaq və neftin qiymətinə təsir edən amil olacaq. Daha bir gösrətici ABŞ-da aktiv neft buruqlarının sayının artmasıdır. Artıq ardıcıl 4 həftədir ki, buruqların sayı artır, neft hasılatı da artmaqda davam edir. Təkcə son həftə ərzində bu göstərici 316 dan 357dək artıb.
Texniki mənzərə:
Qarşımızdakı həftə ərzində qiymətlərin 45 dollar olması onu deməyə əsas verir ki, aşağı trend hələ də qüvvədədir və yaxın müddətli perspektivdə kotirovkalar 40 ABŞ dollarlıq göstəriciyə doğru irəliləyəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB