Aydın Əliyev səfirlə görüşüb

Azərbaycanla Rusiya arasında bütün sahələrdə əlaqələr yüksələn xətlə inkişafdadır. İki ölkənin uğurlu əməkdaşlıq trayektoriyası gömrük sferasını da hərtərəfli əhatə edir. SİA-nın məlumatına görə, bu gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevlə Rusiya Federasiyasının Azərbaycandakıfövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin arasında keçirilən görüşdə də Azərbaycan Rusiya gömrük əməkdaşlığının inkişaf dinamikası ətraflı müzakirə edilib.

Görüşdə iki ölkənin gömrük orqanlarının qarşılıqlı əlaqələrindən məmnunluqla söhbət açılıb, beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan-Rusiya əməkdaşlığının gələcək perspektivləri müzakirə olunub.

Eyni zamanda, ötən il tərəflər arasında imzalanan, Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac edilən bəzi kənd təsərrüfatı mallarının gömrük sərhədindən keçirilməsinin sürətləndirilməsinə şərait yaradan "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Rusiya Federasiyası Federal Gömrük Xidməti arasında müəyyən növ mallara münasibətdə gömrük nəzarətinin nəticələrinin qarşılıqlı tanınması haqqında Protokol"a uyğun olaraq şimal sərhədində bu növ malların qonşu ölkəyə keçirilməsində "Yaşıl dəhliz" buraxılış sisteminin tətbiq olunduğu məmnunluqla xatırlanmış, bu istiqamətdə gələcəkdə hər hansı problemlərin yaşanmaması ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə