Neft bahalaşıb

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. SİA-nın xəbərinə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında "Layt" markalı neftin qiyməti 46.72 dollar olub. Londonun ICE qitələrarası birjasında "Brent" markalı neftin bir bareli də bahalaşaraq 48.26 dollarda qərarlaşıb.

Azərbaycan neftinin qiyməti isə ucuzlaşıb. "AzəriLayt" markalı neftinin qiyməti 1.59 dollar ucuzlaşaraq 47.82 dollara satılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə