İzmitdə Azərbaycanın daha dörd gəmisi istifadəyə verilib

İzmitdə Azərbaycanın daha dörd gəmisi istifadəyə verilib

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin aldığı daha dörd quru yük gəmisinin - "Hüseyn Cavid", "Şair Vaqif", "Şair Sabir" və "General Aslanov" gəmilərinin istifadəyə verilməsi ilə əlaqədar iyunun 11-də Türkiyənin Yalova bölgəsində yerləşən "Tərsan" tərsanəsində bayraqqaldırma mərasimi keçirilib.

Mərasimdə Azərbaycanın rəsmi şəxsləri, Rusiya və Türkiyənin gəmiçilik şirkətlərinin məsul nümayəndələri, istismara verilən gəmilərin şəxsi heyətləri və KİV təmsilçiləri iştirak ediblər./azərtac/

Bütün xəbərlər Facebook səhifəmizdə