Hansı ölkədə nə qədər neft var?

Hansı ölkədə nə qədər neft var?

British Petroleum (BP) neft-qaz şirkəti "Energetika sektorunun icmalı" adlı hesabat yayımlayıb. Xarici KİV xəbər verir ki, hesabatda 2015-ci ilin sonu üçün dünya ölkələrindəki neft ehtiyatlarının təsdiqlənmiş miqdarını göstərilib.

Hesabata əsasən, Azərbaycanın təsdiqlənmiş neft ehtiyatları 7 milyard barel təşkil edir. Dünyada ən çox neft istehlak edən ölkələrin başında isə ABŞ (sutkada 19 milyon 396 min barel) və Çin (sutkada 11 milyon barel 968 min barel) dayanır.

Təsdiqlənmiş neft ehtiyatına görə, dünya lideri olan ölkələrin bir qismini təqdim edirik.

Venesuela – 300,9 milyard barel

Səudiyyə Ərəbistanı – 266,6 milyard barel

Kanada – 172,2 milyard barel

İran – 157,8 milyard barel

İraq – 143,1 milyard barel

Rusiya – 102,4 milyard barel

Küveyt – 101,5 milyard barel

ABŞ – 55 milyard barel

Çin – 18,5 milyard barel

Azərbaycan – 7 milyard barel

Özbəkistan – 0,6 milyard barel

Türkmənistan – 0,6 milyard barel

Bütün xəbərlər Facebook səhifəmizdə