AMCHAM-ın növbəti aylıq toplantısı keçirilib FOTOLAR

AMCHAM-ın növbəti aylıq toplantısı keçirilib FOTOLAR

Mayın 31-də "Hyatt Regency" otelinin "Quba" zalında Azərbaycanda Amerika Ticarət Palatası (AMCHAM) növbəti aylıq toplantısını keçirib. SİA -nın məlumatına görə, bu dəfəki toplantıda Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev də iştirak edib. Palata üzvləri qarşısında çıxış edən Komitə sədri gömrük işinin təşkili sahəsində görülən işlərdən, gömrük sistemində həyata keçirilən islahatlardan və onların ölkədəki ticarət mühitinin yaxşılaşdırılmasına göstərəcəyi təsirdən danışıb.

Toplantıda "KGH Sərhəd Xidməti" şirkətinin prezidenti, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin məsləhət şurasının üzvü Lars Karlsson "Gömrük siyasəti beynəlxalq inkişafın aparıcısı kimi" mövzusunda təqdimatla çıxış edib.

Qarşılıqlı faydalılıq əlaqələrinin gücləndirilməsi və inkişaf etdirilməsi məqsədini daşıyan toplantıda daha sonra palatanın üzvlərinin çıxışları dinlənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə