Həftəyə ucuzlaşma ilə başlayan neft qiymətində növbəti gün də düşüş müşahidə edilib. Məlumata görə, dünya birjalarında "Brent" markalı neftin bir barelinin qiyməti ucuzlaşaraq hazırda 45,76 dollarda qərarlaşıb.
"WTI" markalı neftin qiymətində də ucuzlaşma hiss olunur. "Texas" markalı neftin bir barelinin qiyməti hazırda 44,80 dollarda qərarlaşıb.
Keçirilən ən son hərraclarda "AzəriLayt" markalı neftin bir barelinin qiyməti isə 1,53 dollar bahalaşaraq 48,09 dollar təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB