Rövnəq Abdullayev: "Gündəlik 4 milyon kubmetr təbii qaz hasil ediləcək"
"Bulla-dəniz" yatağında yeni inşa edilən 6 nömrəli stasionar dəniz özülündə üç il ərzində 4 təbii qaz quyusunun qazılması planlaşdırılır. Burada gündəlik 4 milyon kubmetr təbii qaz hasil ediləcək". SİA xəbər verir ki, bu barədə jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.
SOCAR prezidenti bildirib ki, 6 nömrəli stasionar dəniz özülü ən yüksək dünya standartlarına uyğun tikilərək istifadəyə verilib: "Artıq qazma işlərinə başlanılıb. Hesab edirəm ki, bu özül SOCAR-ın təbii qaz proqramını həyata keçirmək üçün əsas platformalardan biri olacaq".
R.Abdullayev bildirib ki, SOCAR-ın hökumət qarşısındakı öhdəliklərinə uyğun olaraq yeni təbii qaz proqramı həyata keçirilir. Proqramda "Bulla-dəniz", "Ümid" və "28 May" yataqlarının işlənməsi, genişlənməsi, yeni quyuların qazılması və təbii qaz hasilatının artırılması nəzərdə tutulur. Qazma proqramını icra etmək üçün hökumət Mərkəzi Bank vasitəsilə kredit ayırıb. Nəzərdə tutulan bütün işlər həmin kredit hesabına həyata keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB