“Excelsior Hotel & Spa Baku” otelində uşaq şairi ilə görüş keçirilib

“Excelsior Hotel & Spa Baku” otelində uşaqların şair - publisist Məzahir Süleymanzadə ilə görüşü keçirilib

"AtaHolding" ASC-nin təşkilatçılığı ilə "Excelsior Hotel & Spa Baku" otelində tanınmış şair - publisist, Əməkdar mədəniyyət işçisi, Ali Media mükafatı laureatı Məzahir Süleymanzadə ilə Bakının müxtəlif məktəblərində təhsil alan istedadlı şagirdlərin görüşü keçirildi. "Qarabağdan gələn var..." adlı görüş uşaqların ifasında Azərbaycan Respublikasının himni ilə açıldı.

Vətən torpaqlarımızın azad olunması uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tanınmış yazıçı, Əməkdar jurnalist Fazil Güney uşaqların "Məzahir baba" kimi tanıdıqları Məzahir Süleymanzadənin həyat və yaradıcılığı haqqında məlumat verdi. Uşaqlar onun şeirlərini söylədilər. Sonra görüş iştirakçıları Məzahir baba ilə canlı ünsiyyətdə oldular, onun şeir və nağıllarını dinlədilər. Uşaqlara hədiyyələr verildi, qonaqlarla xatirə şəkilləri çəkdirildi.

"AtaHolding" ASC-nin Korporativ kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova bu tədbirlə bağlı qeyd etdi ki, AtaHolding" ASC-nin daxili kommunikasiyalar planına əsasən müxtəlif maraqlı tədbirlər, o cümlədən uşaqlar üçün tədbirlər keçirilir. "Məlum olduğu kimi, uşaqlar bizim gələcəyimizdir, cəmiyyətin tərəqqisi onların intellektual inkişafından asılıdır. Biz şadıq ki, uşaqların poeziya dünyası ilə tanışlığına və onların mənəvi inkişafına yardım etməkdə öz payımızı verə bilirik", - deyə o, qeyd etdi.

"Excelsior Hotel & Spa Baku"oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. Oteldə 1 "İmperial" kral otagi, 2 "Royal" suit otaq, 4 "Crown" suit otaq, 45 "Heritage" lüks otaq ve 9 "Duke" standard otaq, həmçinin, konfrans zalları, biznes mərkəzi, restoran və barlar və şəhərin ən gözəl və böyük Spa və sağlamlıq mərkəzi var.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...