"Qazprom" qiymətlərdə endirim etdi

Rusiyanın nəhəng enerji şirkəti "Qazprom" və Almaniyanın "E.ON" şirkəti arasında razılaşma imzalanıb. SİA xəbər verir ki, iki şirkət arasında təbii qaz qiymətlərinin azaldılması istiqamətində danışıqlar razılaşmada əks olunub.

"E.ON" şirkəti tərəfindən edilən açıqlamada bildirilib ki, şirkət "Qazprom"la uzunmüddətli təbii qaz müqavilələrində qiymət müəyyən edilərkən endirim tətbiq olunması ilə bağlı razılaşma əldə edib.

Bununla əlaqədar şirkətin 2016-cı ildə gəlirlərinin artacağı da qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə