Ticarət dövriyyəsində ixrac üstünlük təşkil edib

Ticarət dövriyyəsində ixrac üstünlük təşkil edib

2016-cı ilin yanvar ayında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 114 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 61 ölkəyə məhsul ixrac olunub, 106 ölkədən idxal olunub. SİA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Ticarət dövriyyəsinin 51,3 faizi Avropa İttifaqı ölkələri, 8,5 faizi MDB üzvü dövlətləri, 40,2 faizi isə dünyanın digər ölkələrinin payına düşüb.
Gömrük orqanlarında qeydiyyatı aparılan, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmayan ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilən dəyəri nəzərə alınmaqla 2016-cı ilin yanvar ayında xarici ticarət dövriyyəsi 1314,7 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 871,9 milyon dollar, idxalın dəyəri 442,8 milyon dollar təşkil edib, nəticədə 429,1 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.
İxrac edilmiş məhsulların ümumi dəyərində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, plastik kütlə, alüminium və ondan hazırlanan məmulatlar, qara metallar və onlardan hazırlanan məmulatlar, şəkər, kimya sənayesi məhsulları, bitki yağlarının, idxal olunmuş məhsulların dəyərində isə maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, qara metallar və onlardan hazırlanan məmulatlar, ərzaq məhsulları, əczaçılıq məhsulları, nəqliyyat vasitələri və onların hissələri, plastik kütlədən hazırlanan məmulatların xüsusi çəkisi üstünlük təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə