Traktor istehsalı azalıb

2016-cı ilin yanvar-fevral aylarında Azərbaycanda 144 traktor istehsal edilib. Bu, 2015-ci ilin analoji dövr göstəricisindən 22,6 faiz azdır. SIA-nın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin cari ilin ilk iki ayının yekunları üzrə hesabatında deyilir. 2016-cı ilin ilk iki ayında Azərbaycanda 42 yük avtomobili istehsal edilib ki, bu da 2015-ci ilin analoji dövrünün göstəricisindən 45,5 faiz azdır. Qeyd edək ki, Azərbaycanda nəqliyyat vasitələrinin istehsalı üzrə iki zavod – Naxçıvan və Gəncə avtomobil zavodları fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə