Neftin qiyməti düşür

Dünya birjalarında neftin qiymətində ucuzlaşma müşahidə olunur. Məlumata görə, hazırda dünya bazarlarında "Brent" markalı neftin bir barelinin qiyməti 41.06 dollar təşkil edir.

"WTI" markalı neftin qiymətində də ucuzlaşma qeydə alınıb. Ötən həftə sonu 39.44 dollar olan "Texas" markalı neftin bir barelinin qiyməti hazırda 38.99 dollar müəyyən olunub.

Ötən həftə "AzəriLayt" markalı neftin bir barelinin qiyməti 1,53 dollar bahalaşaraq 42,63 dollar təşkil edib.
Dünya bazarında 21.03.16 tarixində neftin qiyməti

Bütün xəbərlər Facebook səhifəmizdə