Yanvar-fevral aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə 7 milyon 251,7 min ton neft nəql olunub. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, nəqletmənin 80 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri – BTC ilə həyata keçirilib və dövr ərzində bu kəmər vasitəsilə 5 milyon 800,9 min ton neft ötürülüb. İki ayda BTC ilə 0,8 min ton tranzit neft də nəql edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB