İki ayda dövlət büdcəsinə 1 milyard manat daxil olub

İki ayda dövlət büdcəsinə 1 milyard manat daxil olub

2016-cı ilin yanvar-fevral aylarında dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 1 milyard manatdan çox olub. Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən SİA-ya verilən məlumata görə, 2016-cı ilin yanvar-fevral ayları ərzində nazirliyin xətti ilə dövlət büdcəsinə 1 milyard 101 milyon 497,6 min manat vəsait daxil olub.

Beləliklə, proqnoz tapşırığına 101,3 faiz əməl edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə