Millət vəkili: “İnsanların banklara olan etibarı artacaq” AÇIQLAMA

Millət vəkili: “İnsanların banklara olan etibarı artacaq” AÇIQLAMA

"Əmanətlərin tam sığırtalanması haqqında" qanunun qüvvəyə minməsi ilə bağlı fərmanın verilməsi mühüm addım idi. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

Millət vəkilinin sözlərinə görə, belə bir sənədin qəbulu, müvafiq fərmanın verilməsi bank sisteminin sağlamlaşdırılmasına kömək edəcək: "Bildiyiniz ki, manatın devalvasiyasından, "üzən məzənnəyə" keçilməsindən sonra ölkənin bank sektorunda da ciddi problemlər yarandı. Eyni zamanda, banklarla əhali arasında bir sıra problemlər üzə çıxdı. Bu baxımdan müvafiq fərmanın verilməsi insanların banklara olan etibarını artıracaq. Əvvəllər yalnız 30 min manat miqdarında vəsait sığortalanırdısa, bundan sonra burada məhdudiyyət olmayacaq və fors-major vəziyyət yarandıqda əhalinin əmanətləti dövlət tərəfindən, daha doğrusu, Əmanətlərin Sığortalanması Fondu tərəfindən qaytarılacaq".

V. Əhmədov qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında fərmanı dəstəklədiyini və indiki şəraitdə bunun çox mühüm əhəmiyyət daşıdığını vurğulayıb: "Bu addım qeyri-neft məhsullarının ixracını stimullaşdırmaq üçün atılan mühüm addımdır. Sahibkarlar üçün isə stimuldur. Əsas məqsəd ondan ibarətdir ki, qeyri-neft məhsullarının ixracı zamanı gömrük bəyannamələrində göstərilən dəyərinin 3%-i dövlət vəsaiti hesabına sahibkarlara ödəniləcək. Lakin bu faiz məhsulun ixracından və onun xaricdə tələbatından asılı olaraq dəyişə də bilər. Bu baxımdan hesab edirəm ki, sözegedən fərmanın imzalanması ölkəmiz ümumilikdə isə sahibkarlar üçün çox önəmlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə