Ekspert: ““Cənub Qaz Dəhlizi” layihəsinin reallaşmasında zaman problemi ola bilər” AÇIQLAMA

Ekspert: ““Cənub Qaz Dəhlizi” layihəsinin reallaşmasında zaman problemi ola bilər” AÇIQLAMA

"Dünya bazarında neftn qiymətinin düşməsinin "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşmasına müəyyən neqativ təsirləri ola bilər". Bunu SİA-ya açıqlamasında beynəlxalq ekspert Tamerlan Vahabov deyib.

Ekspert bildirib ki, istənilən iqtisadi və siyasi layihələrdə ola biləcəyi kimi bu layihədə də gecikmələr ola bilər: "Bəlkə də gecikmənin olması qaçılmazdır. Çünki, hal-hazırda maliyyələşmə, maliyyə mənbələrinin tapılması problemləri var. Bunların hamsı zaman aparan məsələlərdir. Bəzi texniki əngəllər yaşana bilər. İştirakçı ölkələrin Azərbaycana gəlməsi və öz dəstəyini bəyan etməsi olduqca əhəmiyyətlidir. Layihəylə bağlı zaman problemi ola bilər".

Onun sözlərinə görə, meqa-layihəyə verilən dəstək davam edəcək: "Çünki, burada həm iqtisadi, həm də siyasi maraqlar var. Layihə iştirakçı dövlətlərin siyasi baxımından da bir-birilə əməkdaşlığını gücləndirməsi üçün zəmin və dialoq roluna malikdir. Bu ölkələr Azərbaycanın kostruktiv əməkdaşlıq üçün etibarlı partnyor olduğunu bilirlər və onu itirmək marağında deyillər. İqtisadi baxımdan düşünsək, dünyada alternativ enerji mənbələrinə keçid tam reallaşmadığı üçün neft və qaza tələbat mövcuddur. Bu layihə gec-tez reallaşacaq".

"Müəyyən yerlərdə lokal narazılıqlar ola bilər. Bu təbiidir. Ancaq bir məsələni qeyd etmək lazımdır ki, layihə çərçivəsində bağlanan sazişlər ölkələrin hökumətləri ilə razılaşdırılır. Həmin hökumətləri də o ölkələrin xalqları seçir. Deməli etibar edib seçdikləri hökumətin atdığı imza ilə də razı olmalıdırlar. Kiçik narazılıqların olması isə normaldır".

Bütün xəbərlər Facebook səhifəmizdə