Energetika naziri Natiq Əliyev Azərbaycanın "Cənub Qaz Dəhlizi" layihəsində payının maliyyələşdirilməsi ilə bağlı heç bir problemi olmayacağını deyib. SİA-nın məlumatına görə, nazir bunu "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısının yekunları üzrə mətbuat konfransında deyib.
O bildirib ki, 2016-cı ilin aprelində Transadriatik (TAP) boru kəməri layihəsi üzrə maliyyə məsələləri həll ediləcək.
Nazir qeyd edib ki, dünya iqtisadi böhranı "Cənub Qaz Dəhlizi" çərçivəsində layihələrin maliyyələşdirilməsinə təsir etməyəcək: "Cənub Qaz Dəhlizi" və "Şahdəniz" layihələri üzrə tərəfdaşların da belə problemləri yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB