Aprelin 19-20-də Türkmənistanın Türkmənbaşı şəhərində sahibkarların beynəlxalq konfransı keçiriləcək. Azərbaycanda investisiyaların Təşviqi Fondundan (AZPROMO) SIA-ya verilən məlumatda bildirilir ki, Türkmənistan Ticarət və Sənaye Palatasının təşkil etdiyi konfransda biznes-inkubatorlar, sənaye zonaları və sahibkarlıq, biznesdə qadın-liderlər, biznes və təhsil və s. mövzularda panel iclaslar keçiriləcək. Konfrans iştirakçılara təcrübə mübadiləsi aparmağa, əməkdaşlıq üçün potensial tərəfdaşlar tapmağa imkan yaradacaq. Azərbaycanda fəaliyyət göstərən sahibkarların və işgüzar dairələrin də dəvət olunduğu konfransda Türkmənistanın dövlət orqanlarının rəhbərləri, beynəlxalq təşkilatların və maliyyə strukturlarının ekspertləri, işgüzar assosiasiyaların nümayəndələri iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB