2016-cı ilin yanvar ayında əsas kapitala 880,7 milyon manat məbləğində vəsait yönəldilib. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, istifadə olunmuş vəsaitin 772,0 milyon manatı və ya 87,6 faizi məhsul istehsalı obyektlərinin, 65,7 milyon manatı (7,5 faizi) xidmət sahələri üzrə obyektlərin, 43,0 milyon manatı (4,9 faizi) isə ümumi sahəsi 133,7 min kvadratmetr olan yaşayış sahəsinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 251,3 milyon manatını və ya 28,5 faizini daxili sərmayələr təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB