SOCAR büdcəyə 117,691 mln. manat vəsait ödəyib

SOCAR büdcəyə 117,691 mln. manat vəsait ödəyib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2016-cı ilin yanvar ayında dövlət büdcəsinə 117,691 mln. manat vəsait ödəyib. Bu, illik müqayisədə cəmi 0,68% azdır. SİA SOCAR-ın rəsmi saytına istinadən xəbər verir ki, ötən ay SOCAR-ın Dövlət Sosial Müdafiə Fonduna köçürdüyü vəsait isə 10,128 mln. manat təşkil edib. Keçən ilin yanvar ayı ilə müqayisədə DSMF-yə ödəniş 15,11% azalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə