Bankların kredit kartlarının sayı azalır. Bununla yanaşı, istifadədə olan kredit kartlarında limitlər endirilir. Mərkəzi Bankın məlumatına görə, ötən il ərzində əhalinin banklardan aldığı kredit kartlarının 312 min ədəd azalıb. Bunun 79 mini təkcə dekabr ayının payına düşür. Nəticədə kredit kartlarının sayı 1 milyon 10 minə enib.
Kredit kartları vasitəsilə bankların müştərilərinə verdiyi vəsait istehlak kreditlərinə aiddir. Mütəxəssislərinə sözlərinə görə, son aylar istehlak kreditləri ilə bağlı tələblərin sərtləşməsi, şərtlərin ağırlaşmağı, bankların müştəri seçimində daha ehtiyatlı və məsuliyyətli olmağı kredit kartlarına da təsir edir.
Bəzi banklar müştərilərinə istifadə etdikləri kredit kartı əvəzinə yenisini təklif edir. Məqsəd müqavilə şərtlərini yeniləməkdir. Bununla yanaşı, müştərilərlə bağlı meyarlar da dəyişib.
Digər tərəfdən, istifadədə olan kartların limitləri də azaldılır.
2015-ci ilin son aylarından başlayaraq kredit kartları ilə əməliyyatların həcmi azalıb və aylıq 170 milyon manatdan az olub. Əvvəlki aylarda bu göstərici 190-210 milyon manat ətrafında olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB