Ekspert: “Azərbaycan tranzit ölkə kimi siyasi və iqtisadi dividentlər qazana bilər” ŞƏRH

Ekspert: “Azərbaycan tranzit ölkə kimi siyasi və iqtisadi dividentlər qazana bilər” ŞƏRH

"Azərbaycan regionda tənzimləyici və bərabərlik prinsipləri ilə idarə olunan xarici siyasi kurs tərəfdarıdır". SİA xəbər verir ki, bu fikirləri beynəlxalq ekspert Tamerlan Vahabov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz qaz dəhlizinə İranın da qoşula biləcəyi barədə bəyanatını eyni zamanda Litvanın İpək yolu iqtisadi kəmərinə qoşulmaq istəyini şərh edərkən deyib.

Onun sözlərinə görə, Avropa İttifaqının bəyanatını ciddi şəkildə şərh etmək çətindir: "Hərhalda belə bir ssenarinin ilkin iqtisadi əsaslandırılması və öyrənilməsi aparılmadan dəyərləndirmək çətindir. Ancaq perspektivdə bunun baş verməsi Azərbaycanın qaz ixracında və Aİ enerji təhlükəsizliyində tranzit rolunu artıra bilər. İran və Aİ ilə də bu prinsiplərin tətbiq edilməsində ölkəmizin potensialı var".

Litvanın Ukrayna dəmir yoluna qoşulması İpək yolu iqtisadi kəmərinin vacibliyini bir daha bəyan edən addımdır: "Azərbaycan burada ən mühüm bağlayıcı həlqə rolunu oynayır. Dəfələrlə qeyd edildiyi kimi, Azərbaycanda müasir və qabaqcıl çox funksiyalı dəniz limanının istismara verilməsi ölkəmizi Qərb-Şərq yük tranzitində əsas laborotoriyaya çevirəcək. Həm Ukrayna, həm də Litva mühüm istehsalçı ölkələrdir və Şərq istiqamətində bu ölkələrin mallarının tranziti bizim üçün siyasi və iqtisadi dividentlər vəd edir.

Bütün xəbərlər Facebook səhifəmizdə