Vüqar Bayramlı: “İstiqrazların dövriyyəyə buraxılması valyuta bazarına təzyiqi azalda bilər” ŞƏRH

Vüqar Bayramlı: “İstiqrazların dövriyyəyə buraxılması valyuta bazarına təzyiqi azalda bilər” ŞƏRH

"İstiqrazların uduşlu olacağını nəzərə alsaq, bu ilk növbədə vətəndaşlar üçün onun cəlbediciliyini artırır". SİA xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Vüqar Bayramlı istiqrazların dövriyyəyə buraxılması məsələsini şərh edərkən deyib.

O bildirib ki, 2014-cü ilin ortalarında Azərbaycanda istiqarazların buraxılması və vətəndaşlara qeyri-valyuta yığım imkanlarının verilməsini təklif edirdik: "Çünki bazarda milli valyutaya təzyiqin azaldılmasının yollarından biri də qeyri-valyuta yığım imkanlarının genişləndirilməsidir. İstiqrazlar qeyri-valyuta yığım imkanı olduğu üçün onların dövriyyəyə buraxılması vətəndaşlara yığım imkanları verir".

İqtisadçı-ekspertin sözlərinə görə, üstün cəhətlərindən biri də istiqrazlarda valyuta seçimi imkanlarının yaradılmasıdır: "Yəni, istiqrazlar yalnız manatla deyil, dollarla da olacaq. Nəzərə almaq lazımdır ki, istiqrazlar dövriyyəyə buraxıldıqdan sonra vətəndaşlar tərəfindən alınması müəyyən zaman tələb edəcək. Buna səbəb manatla dollar arasında məzənnənin dəyişməsidir".

İstiqrazların dövriyyəyə buraxılmasının tərəfdarıyıq: "Burada dövlət zaəmanətinin olması önəmli faktordur. Təbii ki, dövlət də öz zəmanətini verir. Vətəndaşlar arasında maarifləndirmə işinin aparılması eyni zamanda uduşların şəffaf keçirilməsi istiqrazlara tələbatı artıracaq. Vətəndaşlara vəsaitlərini istiqrazlarda saxlama imkanlarının verilməsi vacibdir. Bu, eyni zamanda yığım növünün dəyişməsi ilə bağlı valyuta bazarına təzyiqin azalmasına gətirib çıxara bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə