Bu ilin sonuna neftin qiymətində əhəmiyyətli dərəcədə bahalaşma olacaq. SİA-nın xəbrinə görə, bu sözləri energetika naziri Natiq Əliyev deyib. Nazir bildirib ki, neftin qiyməti təkcə iqtisadi yox, həm də siyasi faktorlardan asılıdır: "Bu gün dünyada baş verən proseslər, münaqişələr bilavasitə neftin qiymətinə təsir edir. Lakin bu, belə davam edə bilməz. Çünki qiymətin ucuzlaşması nəinki xam neft hasilatçısı, o cümlədən də istehlakçı ölkələrin iqtisadiyyatına təsir göstərir. Hesab edirəm ki, bu ilin sonlarında neftin qiymətində çox böyük dəyişikliklər olacaq. Çünki heç bir iqtisadiyyat bu vəziyyətə dözmür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB