Dövlət Gömrük Komitəsi (DGK) bildirir ki, broker, təmsilçilik və ya səlahiyyətli iqtisadi operator institutlarının fəaliyyəti xidmət yönümlüdür və institutlar Gömrük Məcəlləsində mövcuddur.
Komitənin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hazırda gömrük sahəsində beynəlxalq statuslu təşkilatlar da bu institutların fəaliyyətini məqbul sayır və inkişaf etdirilməsi ilə bağlı proqramlar həyata keçirir. Bu sahədə Azərbaycanda fəaliyyət göstərən bəzi işbazların yanlış hərəkətləri bu institutların fəaliyyətinə kölgə salır, ümumilikdə isə broker və ya səlahiyyətli iqtisadi operator institutlarının ləğvi beynəlxalq gömrük qurumları tərəfindən başa düşülməyə bilər.
DGK bir daha qeyd edir ki, gömrük brokerlərinin vəzifəsi sahibkarlara gömrük rəsmiləşdirməsi ilə bağlı xidmət göstərməkdən ibarətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB