"Türkiyə, Gürcüstan və Azərbaycanın gömrük orqanlarının rəhbərlərinin iştirakı ilə üçtərəfli mexanizm yaradılması haqda qərar verilib". SİA-nın xəbərinə görə, bu barədə Türkiyənin gömrük və ticarət naziri Bülent Tüfekçi Gürcüstanın maliyyə naziri Nodar Haduri ilə görüşü zamanı deyib. Onun sözlərinə görə, Gürcüstanla Türkiyə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində gömrük prosedurunun sadələşdirilməsi sahəsində vahid fikrə gəliblər.
Türkiyəli nazir eyni zamanda onu da bildirdi ki, elektron təkərli texnika layihəsi (E-TIR) üzrə razılaşmalar bitib. Bu razılaşma sayəsində Gürcüstan-Türkiyə sərhədində yük maşınlarının hərəkəti asanlaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB