"Fitch" "Azərbaycan Dəmir Yollar"nın reytinqini geri çağırıb

"Fitch" "Azərbaycan Dəmir Yollar"nın reytinqini geri çağırıb

Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycan Dəmir Yollar" QSC-nin "BBB-" olan kredit reytinqini və "neqativ" reytinq proqnozu qiymətləndirilməsini geri çağırıb. SİA-nın xəbərinə görə, "Fitch"dən bildiriblər ki, "Azərbaycan Dəmir Yolları" QSC reytinq prosesində iştirak etməkdən imtina etdiyi üçün agentlik artıq onun reytinq qiymətləndirməsini həyata keçirə bilməyəcək. Bundan başqa agentlik "Azərbaycan Dəmir Yolları" QSC-nin analitik qiymətləndirməsini də təqdim etməyəcək.

Qeyd edək ki, cari ilin yanvarın 5-də "Azərbaycan Dəmir Yolları" QSC, "Standard & Poor's"la əməkdaşlıqdan da imtina edib. "Standard & Poor's" beynəlxalq reytinq agentliyi bildirib ki, "Azərbaycan Dəmir Yolları" QSC reytinq qiymətləndirməsindən emitentin xahişi ilə imtina edib. Bu barədə agentliyin Moskva ofisindən xəbər verilib. Qeyd edək ki, agenlik 2015-ci il dekabrın 15-də "Azərbaycan Dəmir Yolları" QSC-nin kredit reytinqini "BB-", proqnozunu isə neqativ səviyyəsinə endirib. Buna səbəb şirkətin borc öhdəliyini 3 gün gecikdirməsi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə