"Aseraaqromir" MMC Rusiya-Azərbaycan şirkəti və Dağıstan Respublikası Hökuməti əməkdaşlıq haqqında niyyət sazişi imzalayıblar.
Dağıstanın Baş naziri Abdusamad Həmidov deyib: "Dağıstan iqtisadiyyatı yetərincə uğurla inkişaf edir. Vəzifəmiz təkcə bu tempi saxlamaq deyil, həm də istehsalı genişləndirməkdir. Odur ki, biz qardaş xarici ölkələr ilə birgə investisiya layihələri həyata keçirməyə hazır olmalıyıq. Bu gün biz Azərbaycan tərəfi ilə birgə layihəni uğurla həyata keçirmək, habelə xalqlarımızın firavanlığı naminə bundan sonra da əməkdaşlıq etmək üçün tədbirlər görmək niyyətindəyik".
Abdusamad Həmidov sərmayədarları əmin edib ki, Dağıstan tərəfi birgə işin ilkin mərhələsində zəruri sənədlər paketinin keyfiyyətlə hazırlanmasını təmin etməyə hazırdır.
Baş nazir deyib: "İstixana istehsalatı aqrar-sənaye sektorunun inkişafında prioritet istiqamətdir. Artıq son iki ildə Dağıstanda ciddi istixana təsərrüfatları şəbəkəsi yaradılıb. Rusiyada ərzaq təhlükəsizliyi doktrinasının təsdiq edildiyi bir vaxtda aqrar respublika kimi əsas vəzifəmiz aqrar-sənaye kompleksinin inkişafı istiqamətində səyləri daha da fəallaşdırmaqdır".
"Aseraaqromir" MMC-nin prezidenti Fərid Xəlilov əməkdaşlığa hazır olduğuna görə Dağıstan hökumətinin başçısına təşəkkürünü bildirərək deyib: "Şirkətimiz istixana inşaatı bazarında təqribən 9 ildir fəaliyyət göstərir. Özü də təkcə Azərbaycanda yox, başqa ölkələrdə də. Biz tam gücü ilə işləyən, təqribən 170 hektar ərazini əhatə edən müasir istixana kompleksləri inşa etmişik. Bu komplekslərin hamısına aqronomik xidmətlər göstərilir. İstixanalar ilk növbədə beynəlxalq standartlara cavab verməlidir. Yalnız o zaman çox məhsul verə bilər. "Aseraaqromir" Rusiya-Azərbaycan şirkəti beynəlxalq səviyyəli istixanalar inşa etmək niyyətindədir. Biz "YuqAqroHoldinq" şirkəti ilə birlikdə artıq birinci sifarişi icra etməyə başlamışıq. Rusiya Federasiyası subyektlərinin digər şirkətləri ilə də müvafiq müqavilələr imzalanıb".
F.Xəlilov Dağıstan ərazisində metal konstruksiyalarının istehsalı üzrə zavodun tikildiyini də xatırladıb. Şirkət bu zavodu 2016-cı ilin sonunda işə salmaq niyyətindədir. Bu istehsalat istixana layihələrini 30 faizə qədər ucuzlaşdıracaq.
Dağıstanın Baş naziri bu məsələyə öz münasibətini bildirərək deyib: "Bu, nəinki istixana istehsalatını ucuzlaşdıracaq, həm də əlavə iş yerlərinin yaradılmasını və vergilərin daxil olmasını təmin edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB