2015-ci ilin yanvar-dekabr ayları ərzində informasiya və rabitə müəssisələri hüquqi və fiziki şəxslərə 1 mlrd. 642,8 mln. manatlıq xidmət göstərib ki, onun da 72,6%-i əhali sektoruna aid olub. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, 2014-cü ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi 6,8% artıb, bu sahədə əldə edilmiş gəlirin 81%-i qeyri-dövlət sektorunun payına düşüb. Xidmətlərdən əldə olunmuş gəlirlərin 53%-i və ya 870,2 mln. manatı mobil telefon rabitəsindən yaranıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB