DGK-dan yeni elektron xidmətlər

Dövlət Gömrük Komitəsi Xarici İqtisadi Fəaliyyət iştirakçılarına yeni elektron xidmətlərini təqdim edir. Komitənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, idxal-ixrac əməliyyatları haqqında arayışı gömrük orqanına gəlmədən almaq, sərhəd-gömrük buraxılış məntəqələrindən sürətli keçmək, dövlət sərhədindən keçirəcəyiniz valyuta, mal vəya nəqliyyat vasitəsinin bəyan edilməsinə vaxt itirməmək, gömrük rəsmiləşdirilməsi ilə bağlı sənədlərinizi gömrük orqanına gəlmədən təqdim etmək və Mərkəzi Gömrük Ekspertiza İdarəsinə elektron müraciət etmək üçün Dövlət Gömrük Komitəsinin internet səhifəsindəki elektron gömrük xidmətlərindən istifadə etmək mümkündür. Belə ki, nəqliyyat şəxsi kabinetə daxil olduqdan sonra Sərhəddən keçirilən nəqliyyat vasitəsi haqqında məlumat düyməsini sıxmalıdır.

Açılan səhifədə Yeni mal bəyan et bölməsini seçir. Üç bölmədən birincisi sürücü haqqında məlumat bölməsidir ki, burada şəxsiyyətinizi təsdiq edən sənədi, nömrəsini, soyad, ad və ata adı, vətandaşlığı, ünvan və telefon nömrəsi bölmələri düzgün doldurur. İkinci bölmədəki doldurulacaq xanalar nəqliyyat vasitəsinə aid məlumatlardır. Bunlar nəqliyyatın növü, markası, dövlət nömrə nişanı, şassi, ban nömrəsi, buraxılış ili və mənsub olduğu ölkə başlıqlı xanalardır.

Son olaraq digər məlumatlar bölməsi doldurulmalıdır. Bu isə istiqamət, nəqliyyat marşrutu, ölkəyə giriş-çıxış ehtimal olunan sərhəd-gömrük məntəqəsi və təsdiq üçün şəkildəki kodu daxil etmə xanalarından ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə