Ekspert: “Gürcüstan verdiyi qərarların məsuliyyətini hiss etməlidir”

Ekspert: “Gürcüstan verdiyi qərarların məsuliyyətini hiss etməlidir”

"Gürcüstan suveren dövlət olaraq siyasi-iqtisadi layihələr barədə özü qərar verməlidir". Bu fikirləri SİA-ya beynəlxalq ekspert Tamerlan Vahabov Gürcüstanın Qazpromdan qaz almaq istəyi və bunun SOCAR Gürcüstan bazarında rolunun azalma ehtimalına münasibət bildirərkən deyib.

Ekspertin sözlərinə görə, Azərbaycan nəinki Gürcüstanın, həmçinin Avropanın enerji təchizatı və təhlükəsizliyində uzun illər sınaqdan çıxmış sabit tərəfdaşdır: "Gürcüstan verdiyi qərarların məsuliyyətini hiss etməlidir. İki ölkə arasında yüksək səviyyəli dostluq, əməkdaşlıq əlaqələri mövcuddur. Hesab edirəm ki, qonşu Gürcüstan dövləti bütün bu məsələləri nəzərə alıb ölçülü qərar verəcək.

"SOCAR çoxşaxəli enerji bazarına malikdir. Onun Gürcüstandakı qaz təchizatında payı 90%-dan çoxdur. SOCAR dünyanın bir neçə ölkəsinin qaz təchizatında əhəmiyyətli rol oynayır. Bu da şirkətin gələcəkdə stabil xarici iqtisadi faəliyyəti üçün əlverişli zəmin ola bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə