Moody's: “Azərbaycanın üzən məzənnə rejiminə keçməsi doğru qərar idi"
Hökumətin üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərar neftin sürətlə ucuzlaşmasına bağlıdır. Bu barədə "Moody's" beynəlxalq reytinq agentliyinin analitiki Mariya Malyukova apa-economics-ə müsahibəsində qeyd edib.
Onun fikrincə, yaranmış situasiyada Mərkəzi Bank iki variantdan birini seçməli idi: ya valyuta ehtiyatlarını əritməli idi, ya da üzən məzənnə rejiminə keçməli idi. Bir şeyi də nəzərə almaq lazımdır ki, Azərbaycan hökuməti bu qərarı qonşu ölkələrdən sonra atdı. Bildiyimiz kimi, neft ixracından asılı olan Rusiya və Qazaxıstan da üzən məzənnə rejiminə keçib. Beləliklə, Azərbaycan hökumətinin bu ölkələrdən sonra üzən məzənnə rejiminə keçidi milli valyutada olan dövlət büdcəsinə dəstək verdi, daxili istehsala əsaslanan malların rəqabətqabiliyyətliyini artırdı.
M. Malyukova son proseslər ölkənin suveren reytinqinə müsbət təsir edəcəyinə inandığlnl deyib: " Hazırda Azərbaycanın suveren reytinqi "Baa3" səviyyəsindədir, proqnoz stabildir. Təbii ki, manatın devalvasiyası dövlət büdcəsinə və valyuta ehtiyatlarına müsbət təsir edir
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB