Vergilər Nazirliyində növbəti struktur dəyişkliyi olub

Zaur Fətizadə 1 saylı Vergilər Departamentinin rəisi vəzifəsinə təyin olunub
Vergilər Nazirliyində növbəti struktur dəyişkliyi olub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vergi orqanları qarşısında qoyduğu mühüm vəzifələrin icrasını, vergi inzibatçılığının daha da təkmilləşdirilməsini, vergi orqanlarının daha səmərəli və şəffaf işləməsini, büdcəyə daha çox vəsait toplamasını təmin etmək məqsədilə vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədovun 24 dekabr 2015-ci il tarixli əmri ilə Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamenti yaradılıb. Bu barədə SİA-ya nazirliyin analitik-informasiya şöbəsindən məlumat verilib.

Məlumatda bildirilib ki, yeni yaradılmış strukturun ştat tərkibi Bakı Vergilər Departamentinin işçiləri hesabına formalaşdırılıb.

Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəisinin 1-ci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Zaur Fətizadə 1 saylı Vergilər Departamentinin rəisi vəzifəsinə təyin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə