Bank VTB (Azərbaycan)-ın ABŞ-ın sanksiya tətbiq etdiyi təşkilatların siyahısına salınması ilə bağlı kart əməliyyatları zamanı məhdudiyyətlərin mümkünlüyü barədə VTB plastik kart sahiblərinin sualları ortaya çıxıb.
Bu məsələ ilə bağlı Visa şirkətinə müraciət olunub. Viza şirkətindən müraciətə cavab olaraq bildirilib ki, heç bir ölkədə, o cümlədən Rusiya və xarici dövlətlərdə VTB kartlarının istifadəsinə heç bir məhdudiyyət qoyulmayıb və qoyulmayacaq.
"Visa təsdiq edir ki, ABŞ Xəzinədarlıq Departamentinin 22 dekabr 2015-ci ildə məlumat verdiyi sektorial sanksiyaların Visa kartlarından istifadə edilməklə həyata keçirilən tranzaksiya əməliyyatlarına aidiyyəti yoxdur", - deyə Visa şirkətinin cavabında bildirilir.
Qeyd edək ki, digər ödəmə sistemlərinin plastik kartlarının istifadəsinə də heç bir məhdudiyyət qoyulmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB