Dekabrın 15-də Kürdəmir rayonunun Şilyan və Quşlar kəndlərinə ilk dəfə təbii qaz verilib, Xınıslı kəndinin qaz təchizatı isə yenidən bərpa edilib. SİA-nın Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi xəbərə görə, rayon icra hakimiyyəti və "Azəriqaz" İstehsalat Birliyi təmsilçilərinin, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə bildirilib ki, ümumilikdə 983 abonenti olan kəndlərin qazlaşdırılması zamanı birpilləli sistem əsasında 105450 metr uzunluğunda müxtəlif diametrli metal və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Çıxış edənlər kəndlərə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB