KTN-də görüş FOTO

Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov BP-nin Azərbaycan, Türkiyə, Gürcüstan regionu üzrə prezidenti Qordon Birelin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Görüşün məqsədi BP şirkətinin dəstəyi ilə Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz boru kəmərlərinin keçdiyi ərazilərdə kənd təsərrüfatı və kənd yerlərinin inkişafı istiqamətli layihələrin müzakirəsi və tələbələrin praktiki təlimlərinin təşkili məqsədilə BP şirkəti tərəfindən müvafiq istixana qurğularının ADAU-ya verilməsinin müzakirəsi olub. Nazir Heydər Əsədov qonaqları səmimi salamlayaraq bu görüşdən məmnun olduğunu bildirdi və "Kənd təsərrüfatı ili" çərçivəsində görülən işlər o cümlədən kənd təsərrüfatına göstərilən dövlət dəstəyinin artırılması, onun forma və metodları təkmilləşdirilməsi, son illərdə aqrar sahədə həyata keçirilən institutsional islahatlar barədə ətraflı məlumat verdi. BP şirkətinin Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün həyata keçirdiyi layihələrin əhəmiyyətini qeyd edən nazir Heydər Əsədov bildirib ki, şirkət ilk dəfə 2002-ci ildə Azərbaycanda aqrar sektorun inkişafına yönələn köməklik göstərib və şirkətin layihələri davamlı xarakter daşıyıb. Bundan sonra isə həmin yardımlar şaxələndirilib və toxumçuluq sektorunu, suvarma sistemlərinin təşkili, istixanaların və süd emalı məntəqələrinin tikintisi sahələrini əhatə edib. Nazir bu sahələrin koordinasiya olunmasını məqəsəduyğun hesab etdi. Eyni zamanda investisiya qoyulan sahələr, kadr potensialının artıtrılması, iri həcmli laboratoriyaların tikilməsi, aqrar sahə üzrə təhsil potensialının gücləndirilməsi və digər sahələr barədə geniş məlumat verdi. BP-nin Azərbaycan, Türkiyə, Gürcüstan regionu üzrə prezidenti Qordon Birel səmimi qəbula görə təşəkkürünü bildirərək, BP-nin Azərbaycanda 20 ildən aqtıq faəliyət göstərdiyini, neft və qaz sahələri ilə yanaşı, qeyri neft sektorunda kiçik və orta sahibkarlıq sahələrinə də investisiya yatırdığını bildirdi. Gələcəkdə də yeni layihələrin həyata keçirilməsinin mümkünlüyünü bildirdi. Görüşdə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti və kənd təsərrüfatı məhsuldarlığı və dayanıqlı təbii ehtiyyatların idarə edilməsində, həmçinin yerli və beynəlxalq təşkilatların kənd ərazilərindəki icmalarının inkişafına yönəlməsi təşəbbüslərində BP şirkəti tərəfindən dəstəyin göstərilməsi məsələsinə baxılmasının mümkünlüyü qeyd edilmişdir. Sonda kənd təsərrüfatı naziri Heydər Əsədov və BP-nin Azərbaycan, Türkiyə, Gürcüstan regionu üzrə prezidenti Qordon Birel Kənd Təsərrüfatı Nazirliyi və BP şirkəti arasında ikitərəfli əməkdaşlığa dair protokolu imzalayıblar. Heydər Əsədov imzalanmış bu protokolun əməkdaşlığa dair hüquqi bazanın yaradılmasına və birgə fəaliyyət istiqamətlərinin daha da gücləndirilməsinə öz töhvəsini verəcəyini bildirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə