Çin Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələrinə azad ticarət təklifi irəli sürüb. SİA-nın xarici məətbuata istinadən verdiyi məlumatına görə, bu barədə ölkənin dövlət şurasının sədri Li Ketsyan ŞƏT ölkələri rəhbərlərinin şura toplantısında deyib. "Biz hazırkı məqamda bu barədə müəyyən razılığa gəlmişik. Belə ki, azad ticarət məsələsinin həlli üçün ticarət və iqtisadiyyat nazirlərinə tapşırıqların verilməsi üçün razılıq əldə olunub. Biz ŞƏT ölkələri çərçivəsində daha inkişaflı yol tutması, bu şəraitin yaradılması üçün konkret nəticələr əldə etməliyik".
"Çin tərəfi təklif edir ki, ŞƏT ölkələri xüsusi işçi qrupunun yaradılmasından yararlanaraq, öz aralarındakı ticarət çərçivəsində məhsulların, kapitalların, xidmət vasitələrinin və texnologiyaların azad dövriyyəsi süçün 2020-ci ilə qədər daha mükəmməl vasitə əldə etməlidirlər"-deyə Li Ketsyan bildirib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB