Bununla bağlı danışıqlar aparılır
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC Bakı Gəmiqayırma Zavodu ilə iritonnajlı bərələrin tikintisi üzrə danışıqlar aparır. Bunu QSC-nin sədr müavini Fərhad Quliyev İxracatçılar Klubunun ikinci iclasında deyib.
Onun sözlərinə görə, hazırda istifadə edilən bərələr təqribən 50 vaqon tutumludur.
Bununla belə, bu il bərələrdə təqribən 70 min vaqon göndərilib.
F.Quliyev qeyd edib ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin həyata keçirdiyi ən iri yük daşımaları Türkmənbaşı və Aktau limanlarına istiqamətlənir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB