Mərkəzi Bank yeni rejimə keçəcək Açıqlama

Mərkəzi Bank yeni rejimə keçəcək Açıqlama

"2016-cı ildə Mərkəzi Bankın üzən valyuta rejiminə qədəm qoyması gözlənilir". Bu sözləri SİA-ya açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı Vüqar Bayramov deyib.

O bildirib ki, Mərkəzi Bank manatın məzənnəsini sabit saxlamaq üçün öz valyuta ehtiyatlarından istifadə edir və məhz əvvəlki dövrlərdə formalaşan valyuta ehtiyatları imkan verir ki, Azərbaycan kəskin və ya il ərzində bir neçə dəfə devalvasiyadan qaça bilsin: "Mərkəzi Bank öz valyuta ehtiyatlarından manatın məzənnəsini qoruyub saxlamaq üçün istifadə edir. Hazırda Mərkəzi Bankın valyuta ehtiyatı 6.2 milyard manatdır. Keçən ilin yayında isə bu rəqəm 7 milyard manata bərabər idi. Valyuta ehtiyatlarından bank sektoru və ya biznesdə məzənnə dəyişikliyi nəticəsində meydana gələn hər hansı bir ziyanı kompensasiya etmək üçün istifadə edilir. Eyni zamanda milli valyutanın məzənnəsi sabit saxlanılır və azalmaların qarşısını alınır".

Vüqar Bayramov bildirib ki, Mərkəzi Bank yaxında üzən valyuta rejiminə daxil olacaq: "Ölkədə yarana biləcək devalvasiyadan qaçmaq üçün üzən valyuta siyasətinə keçmək daha düzgündür. Çünki dövlət rezervlərindən uzun müddət istifadə etmək olmaz. Belə ki, 2016-cı ildə Mərkəzi Bankın üzən valyuta rejiminə qədəm qoyması gözlənilir".

Bütün xəbərlər Facebook səhifəmizdə