Rəşid Behbudovun 100 illik yubileyinə həsr olunan marka

Rəşid Behbudovun 100 illik yubileyinə həsr olunan marka

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərmarka" MMC daha bir poçt markası nəşr etdirib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, yeni poçt markası dünya şöhrətli Azərbaycan müğənnisi Rəşid Behbudovun 100 illik yubileyinə həsr olunub.

Markanın üzərində R.Behbudovun şəkli təsvir edilib.

Poçt markasının nominal dəyəri 0,5 manata bərabərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə