Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin yanvar-oktyabr ayları ərzində 5 755,9 mln. kubmetr təbii qaz hasil edib. SİA-nın SOCAR-a istinadən verdiyi xəbərə görə, qaz hasilatı bu ilin 10 ayında ötən ilin müvafiq dövrünə nisbətən 5,5% azalıb.
Hesabat dövründə hasil olunan qazın 594,9 mln. kubmetri oktyabr ayının payına düşüb.
Oktyabrda isə qaz hasilatı ötən ilin oktyabr ayına nisbətən 3% artıb.
Qeyd edək ki, bu il SOCAR-a məxsus yataqlardan 6,5 mlrd. kubmetr qaz hasil edilməsi proqnozlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB