Daha iki kəndə qaz verildi

Zərdab rayonunun Qoruqbağı və Sarıqaya kəndlərinə "mavi yanacaq" verilib. Bununla əlaqədar yaşayış məntəqələrində, ümumilikdə 42894 metr daşıyıcı və paylayıcı xətt çəkilib, 454 evə sayğac quraşdırılıb.

Bu münasibətlə noyabrın 19-da Qoruqbağı kəndində açılış mərasimi keçirilib. Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev kənd sakinlərini təbrik edib. Bildirib ki, Qoruqbağı rayonun qazlaşdırılan 24-cü yaşayış məntəqəsidir. Hazırda rayonun digər yaşayış məntəqələrində qazlaşdırma işləri sürətlə davam etdirilir.

Mərasimdə çıxış edən kənd sakinləri əhalinin sosial qayğılarının həllinə göstərdiyi diqqətə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Tədbirdə inşaat işlərində fəallıq göstərən bir qrup işçiyə qiymətli hədiyyələr verilib.

Sonda "mavi yanacağ"ın verilməsini bildirən məşəl alovlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə