"Neft Daşları" yatağındakı 1887 nömrəli dərin dəniz özülündən 2678 nömrəli quyu qazmadan sonra istismara verilib. SİA-nın SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, Kompleks Qazma İşləri Tresti tərəfindən Fasilə Lay Dəstəsinə qazılan quyu fontan üsulu ilə məhsul verib, 2500-2493 metr intervaldan sutkalıq 24 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Qeyd edək ki, quyu "Azneft" İstehsalat Birliyinin "Neft Daşları" Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB