“Sammit Aİ ilə Azərbaycan arasındakı münasibətlərə müsbət təsir edəcək” İqtisadçı

“Sammit Aİ ilə Azərbaycan arasındakı münasibətlərə müsbət təsir edəcək” İqtisadçı

"Türkiyənin Antalya şəhərində keçirilən Böyük İyirmiliyin (G20) samitinə Azərbaycanın dəvət olunması ölkəmizin artan nüfuzunun bariz nümunəsidir. Sammit dünyanın nüfuzlu və iqtisadi cəhətdən ən yaxşı iqtisadi göstəricilərə malik ölkələrinin hər il bir araya gəldiyi və müzakirələrin aparıldığı bir yerdir". Bunu SİA-ya iqtisadçı Nicat Hacızadə deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin sammitə dəvət olunması təsadüfi deyil: "Ölkəmiz həm Cənubi Qafqazda, həm də regionda, sabitlik və təhlükəsizlik adası imici formalaşdırıb. O cümlədən dünyada hal-hazırda baş verən iqtisadi enişlər, maliyyə böhranı, enerji məhsullarının risk və psixoloji həddi keçməsinə rəğmən ölkədə həyata keçirilən məntiqə uyğun iqtisadi islahatlar statistik rəqəmlərdə öz əksini tapır. Sammitə qatılan bir sıra dövlətlər Azərbaycanda iqtisadi islahatların mövcud olmadığını, ölkənin qlobal böhrandan ciddi şəkildə zədələndiyini bəyan edirlər. Amma ki, həmin dövlətlər sammitdə Azərbaycan Respublikası Prezidentinin dilindən dinlədilər və eşitdilər ki, ölkəmizdə iqtisadi islahatlar davam etdirilir, əlverişli investisiya mühiti var, işsizliyin aradan qaldırılması ilə yoxsulluğ səviyyəsi 5% həddindədir".

N.Hacızadə əlavə edib ki, sammitdə cənab Prezidentin investisiya mühitinin əlverişli olmasını vurğulamaqda əsas məqsədi xarici investorların ölkəyə gələcəkləri tədqirdə öz gəlirlərini artıra biləcəyi, alıcılıq qabiliyyətinin yaxşı olacağı idi: "Sevindirici haldır ki, "G20" dərcində cənab İlham Əliyevin "Ümumi Strategiyanın Formalaşdırılması" başlıqlı məqaləsi də dərc edilib. Qürurverici haldır ki, Azərbaycan Prezidentinin məqaləsi dərcinin əsas yazılarından biri kimi buraxılışın ön səhifələrində yerləşdirilib. Məqalədə ölkəmizin müstəqillik illərində keçdiyi yol, iqtisadiyyatın diversifikasiyası ilə bağlı məqamlar ilə yanaşı multikulturalizm kimi digər vacib məsələlər də öz əksini tapıb. Bundan əlavə Fransada baş verən olaya da münasibət bildirən Cənab Prezident Azərbaycanın bu acıları yaşadığını və ölkədə sabitliyin, təhlükəsizliyin mövcud olduğunu bildirməsi ölkəmizdə sahibkarlığın və turizm mühitinin yaxşı olmasından xəbəbr verir. Ümid edirəm İlham Əliyevin sammitə qatılması Avropa İttifaqı ilə Azərbaycan arasında olan münasibətlərə müsbət yöndə təsir edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə