"Azərbaycan Dəmir Yolları" QSC təkzib məlumatı yaydı

"Azərbaycan Dəmir Yolları" QSC təkzib məlumatı yaydı

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti təkzib xarakterli məlumat yayıb. SİA qurumun Mətbuat Katibliyinin yaydığı məlumatı olduğu kimi nəzərinizə çatdırır:

"12 noyabr 2015-ci ildə TIA.AZ saytında yayımlanan Azərbaycan dəmir yolunun fəaliyyəti ilə bağlı yazıya cavab olaraq aşağıdakıları bildirməyi vacib sayırıq.

Məlumat üçün bildiririk ki, yazıda qeyd olunanlar heç bir həqiqətə söykənmir. Yük vaqonlarının dəmir yolunun ümumi istifadə yolunda boş dayanmasına görə tariflər və cərimələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin və "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin müvafiq qərarları ilə tənzimlənir.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ölkəyə daxil olan yük vaqonlarının tez boşaldılmasında və yüklərin sahiblərinə çatdırılmasında maraqlıdır.

Həmçinin onu da bildiririk ki, boş dayanmalara görə yox, dəmir yolunun ümumi istifadə yolunda yüklərin qorunmasına görə 1 (bir) sutkalıq cərimə 14 manat deyil, 116 manatdır.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti olaraq sahibkarlardan xahiş edirik ki, rastlaşdıqları problemlərlə bağlı "ADY" QSC-nin qaynar xəttinə müraciət etsinlər. Qaynar xəttin nömrəsi 1822-dir (Bölgələrdəki sabit telefon şəbəkəsi abunəçiləri üçün – 012 1822).

Son olaraq bildiririk ki, dəmir yolunda bir çox irihəcmli layihələr icra olunmaqdadır. KİV-lərdə qarşı tərəfin mövqeyini öyrənmədən, faktları araşdırmadan belə yazıları yaymaq qeyri-peşəkarlıqdır. Belə müəlliflərin yazdıqları "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində aparılan əsaslı islahatlara kölgə salmaqdan başqa bir şey deyildir".

Bütün xəbərlər Facebook səhifəmizdə