Millət vəkili: “Sabiq baş nazir göydə uçmaqla məşğuldur” MÜNASİBƏT

Millət vəkili: “Sabiq baş nazir göydə uçmaqla məşğuldur” MÜNASİBƏT

"Gürcüstanın sabiq baş naziri, sahibkar-milyarder Bidzina İvanişvili İran qazının Gürcüstana nəql ediləcəyini bəyan edib. Düşünürəm ki, sabiq baş nazir Azərbaycanın Gürcüstan üçün necə vacib bir tərəfdaş olduğunu unutmamalıdır". Bunu SİA-ya açıqlamasında millət vəkili Əli Məsimli söyləyib.

Millət vəkili bildirib ki, B.İvanişvili hakimiyyətə gələn kimi Bakı-Tbilisi-Qars dəmir yolundan, hansı ki, bu bilavasitə "Böyük İpək Yolunun" çox önəmli bir tərkib hissəsini hədəfə almışdı. Anlamırdı ki, Azərbaycan Gürcüstan üçün çox vacib bir tərəfdaşdır: "Mən belə bir açıqlama vermişdim ki, bu adam siyasətə təzə gəlib və hələ göydə uçmaqla məşğuldur. Yerə düşəndə Azərbaycanın Gürcüstan üçün önəmli olduğunu və Azərbaycansız Gürcüstanın hansı vəziyyətə düşəcəyini dərk edəndən sonra bu cür layihələrə tərəfdar kimi çıxış edəcək. Son vaxtlar altdan-altdan Gürcüstanın Rusiyadan və yaxud İrandan qaz alması Azərbaycanın verdiyi şansın Gürcüstan üçün yetərli olmadığı barədə söhbətlər gedir. Lakin düşünürəm ki, bu, kimlərinsə oyunlarıdır və sabiq baş nazir sadəcə bu oyunların görünən tərəfidir. Hesab edirəm ki, bu cür hərəkətlər Azərbaycanı qıcıqlandırmaq üçün edilən vasitələrdəndir. Bir sözlə Azərbaycanın apardığı siyasət doğrudur və bu cür də davam edəcəyinə əminəm".

Bütün xəbərlər Facebook səhifəmizdə